"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri bələdiyyəsi məktəblilərə “Təşəkür” etdi

--2017-01-28 / 09:44

Binəqədi rayon Biləcəri qəsəbə bələdiyyəsinin ictimai-humanitar sektorunun və  Biləcəri bələdiyyəsi YAP ərazi ilk partiya təşkilatının  təşəbbüsü ilə qəsəbənin 300 saylı tam orta məktəbində"Mən məktəbimizin fəxriyəm" layihəsi çərçivəsində tədbir keçirilib.  Bu barədə Belediyye.infoya daxil olan məlumata görə, 2016-2017-ci tədris ilinin birinci yarımilinin nəticələrinə görə təhsildə, məktəbdaxili nizam-intizama əməl edilməsində, davamiyyətdə, ictimai fəallıqla bağlı tədbirlərdə daha aktiv olan 5, 6, 7, 8 və 9-cu sinif şagirdləri arasında müvafiq araşdırmalar və müqayisələr aparılaraq, eləcə də məktəbin pedoqoji kollektivinin rəyinə əsaslanaraq həmin siniflərdə təhsil alan şagirdlər arasından “ən yaxşıları”  seçililiblər.

Təhsildə fərqlənən şagirdlərlə onların oxuduqları sinif otaqlarında görüş keçirilib, onların hər birinə bələdiyyənin “Təşəkkürnamə”si və qiymətli  hədiyyələri təqdim edilib.

Belediyye.info

ŞƏRHLƏR